Qubada qonşular arasında mübahisə bıçaqlanma ilə başa çatıb. Bu barədə ShimalNews 28 noyabr tarixində Report-a istinadən məlumat verir.
Hadisə rayonun Mirzəqışlaq kəndində baş verib. Bəhruz Paşayev həmkəndlisi ilə mübahisə zamanı bıçaq xəsarəti alıb. 39 yaşlı kişi xəstəxanaya təcili tibbi yardımın köməkliyi ilə çatdırılıb.
Araşdırma aparılır.