Xaçmazda məktəblilər arasında şeir müsabiqəsi təşkil olunub. Bu barədə ShimalNews 26 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir Xaçmaz UGİM-də “Şuşa ili” ilə əlaqədar təşkil edilib. Dərnək üzvləri vətənə, şanlı qələbəmizə aid şeir nümunələri səsləndiriblər. Hüseyn Xanmədov 1-ci, Mələk Abasova 2-ci, Murad Xudaverdiyev isə 3-cü yerləri tutublar.