Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda ShimalNews 26 noyabr tarixində məlumat verir.

Qəza ötən gün saat 18:00 radələrində Xaçmaz-Quba istiqamətində qeydə alınıb. Yeni genişləndirilən yolda “VAZ-21099” markalı avtomobil beton yol ayırıcısına çarpılaraq yan üstünə aşıb. Nəticədə xəsarət alan olmayıb.

Hadisə şahidlərinin sözlərinə görə, yolun bu hissəsində dirəklərin olmasına baxmayaraq, ərazi işıqlandırılmır. Həmçinin onlar qeyd ediblər ki, sözügedən ərazidə bu artıq ilk qəza deyil.