Xaçmazda iməcilik işlərinə start verilib. Bu haqda ShimalNews 26 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

İşlər SOCAR “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismar idarəsinin xidmət sahələrində, tabeçiliyində olan qazpaylayıcı stansiyalarda keçirilib. Ərazi ot və kollardan təmizlənib, ağaclara mövsümə uyğun qulluq göstərilib.