Xaçmazda “Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” devizi altında maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 26 noyabr tarixində Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Tədbir Müzəffəroba kənd tam orta məktəbinin akt zalında baş tutub. Burada çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov bildirib ki, yeniyetmə və gənclər zərərli vərdişlərin təsiri altına daha tez düşürlər. Daha sonra RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlərdən danışıb.

Sonda narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş “Bəla” filmi nümayiş edilib.