Gənclər və İdman Nazirliyi Xaçmaz, Quba və İsmayıllı üzrə idman həftəsinin cədvəlini açıqlayıb. Bu haqda ShimalNews 26 noyabr tarixində nazirliyə istinadən məlumat verir.

Afişanı təqdim edirik:

 Xaçmaz

– Futzal üzrə böyüklər arasında yoldaşlıq oyunları – 30 noyabr (Xaçmaz OİK);

– Həvəskar şahmatçılar arasında rayon çempionatı – 4 dekabr (Xaçmaz UGİŞM).

İsmayıllı

– “Sağlam həyat” devizi altında futbol üzrə tədbir – 29 noyabr, saat 15:00 (İsmayıllı şəhər stadionu).

Quba

– Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmə və gənclər arasında voleybol üzrə rayon birinciliyi – 2 dekabr, saat 10:00 (Quba Peşə Liseyi).