Bu gün Qusar Dövlət Ləzgi Dram Teatrı “II 4.4 Qısa Tamaşalar Festivalı”nda tamaşasını təqdim edəcək. Bu barədə ShimalNews 26 noyabr tarixində Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

Festivalının 3-cü günündə Dövlət Akademik Milli Dram Teatrının böyük səhnəsində saat 12:00-dan 13:00-dək qazax dramaturqu Murat Kolqanatın “Poni” əsəri nümayiş ediləcək. Festival çərçivəsində müzakirələr və ustad dərsləri təşkil ediləcək.