Quba rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) tədbir keçirib. Bu barədə ShimalNews 26 noyabr tarixində FHN-in mətbuat xidmətinə istinadən xəbər verir.

Digah kənd məktəbində fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları müzakirə edilib. Tədbirə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssisləri qatılıblar. Burada məktəblilərə ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.