İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin (DPTM) əməkdaşları məktəblərin birinə səfər ediblər. Bu haqda ShimalNews 26 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Görüş 2 saylı tam orta məktəbə baş tutub. 9-cu sinif şagirdləri üçün “Düzgün peşə seçimi” mövzusunda maarifləndirici tədbir keçirilib. Məktəbin texnologiya müəllimi, Peşəyönümü xidmətinin təşkili üzrə Kordinator Rəsmiyyə Aslanovanın təşkilatçılığı ilə keçirilən tədbirdə İsmayıllı DPTM-nin direktoru Cəlil Bağırov, İKT müəllimi Tacəddin İbadov, İstehsalat təlim ustası Nəvai Hüseynov və məktəbin direktoru Ramil Dadaşov iştirak ediblər.