İsmayıllıdan olan məktəbli qol güləşi idman növü üzrə rayon birincisi olub. Bu barədə ShimalNews 26 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

45 kq çəki dərəcəsində çıxış edən Fateh Əlizadə yarışın qızıl medalına sahib olub. Birincilik Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilib. O, Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə təhsil alır.