Xaçmazın icra başçısı Elnur Rzayev Arzu qəsəbəsində səyyar qəbul keçirib. Bu barədə ShimalNews 25 noyabr tarixində icra hakimiyyətinə istinadən məlumat verir.

Görüşdə, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Arzu qəsəbəsinin sakinləri ilə yanaşı, Hacıəlibəy, Ağyazı Buduq, Bayoba, Suxtalaqışlaq kəndlərində yaşayanlar da tədbirdən yararlanıblar.

Səyyar qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib. Onları narahat edən məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Sonda aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.