Bu gün Qətərdə keçirilən futbol üzrə Dünya çempionatının oyunlarını Qusar Olimpiya İdman Kompleksində izləmək olar. Bu haqda ShimalNews 25 noyabr tarixində idman kompleksinə istinadən məlumat verir.

Burada quraşdırılan iri ekranda yarışmanın II turu göstəriləcək:

A qrupu

17:00 – Qətər – Seneqal;

20:00 – Niderland – Ekvador.

Xal durumu: Niderland – 3, Ekvador – 3, Seneqal – 0, Qətər – 0.

B qrupu

14:00 – Uels – İran;

23:00 – İngiltərə – ABŞ.

Xal durumu: İngiltərə – 3, ABŞ – 1, Uels – 1, İran – 0.