Xaçmaz rayon icra hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib. Bu barədə ShimalNews 24 noyabr tarixində quruma istinadən məlumat verir.

Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Xaçmaz rayon təşkilatının sədri, şəhid ailələri və qazilər Xaçmaz şəhər və Qaraqurdlu kənd qəbiristanlığını ziyarət ediblər. Onlar şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarları üzərinə çiçəklər düzülüb.