Qusardan olan məktəblilərin ailələri “Qonağımız müəllimdir’’ layihəsi çərçivəsində ziyarət olunublar. Bu haqda ShimalNews 24 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Hil kənd ümumi orta məktəbinin şagirdləri ilə görüşə ibtidai sinif müəllimləri Marina Bağırova və Lalə Atakişiyeva gəliblər. Məktəblilərin valideynlərinin sosial-psixoloji vəziyyətləri anket sorğusu əsasında öyrənilib. Qonaqlar şagirdlərin təlim-tərbiyəsi haqqında danışıblar.

“Qonağımız müəllimdir’’ layihəsi Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən həyata keçirilir.