Qusarda məktəb ərazisində iməcilik aparılıb. Bu barədə ShimalNews 24 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

İşlər E.Güləliyev adına 2 nömrəli tam orta məktəbdə “Ailə-İcma-Məktəb” layihəsi çərçivəsində baş tutub. Məktəbin 6-cı sinif şagirdləri valideynlərlə bərabər məktəbin ətrafında və həyətyanı sahəsində təmizlik işləri apararaq həmin sahələri çürümüş yarpaqlardan və zibillərdən təmizləyiblər.