Bu gün Milli Qəhrəman Çingiz Qurbanovun mövlud günüdür.

Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə daxil olub. Təhsil ocağını bitirdikdən sonra isə həqiqi hərbi xidmətə yollanıb.

Əsgər Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman düşmən pusqusuna düşərək şəhidlik zirvəsinə ucalıb. Qəhrəmanın nəşi 2017-ci il fevralın 5-i Azərbaycana təhvil verilib.