Qubada “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği layihəsi çərçivəsində intellektual yarış keçirilib. Bu haqda ShimalNews 24 noyabr tarixində məlumat verir.

“Nə? Harada? Nə zaman?” formatında keçirilən yarışda 6 komanda iştirak edib. Gərgin keçən mübarizənin sonunda “Big Bang” komandası I, “Sirius” komandası II, “Difai” komandası III yerləri tutublar.

Yarış Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən təşkil edilib.