Qubada “Azərbaycan musiqisinin möcüzəsi” adlı tədbir keçiriləcək. Bu haqda ShimalNews 24 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir bu gün saat 12:00-da Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının oxu zalında baş tutacaq. Mərasim Xalq artisti, görkəmli bəstəkar, tanınmış ictimai xadim Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunub.