Qubanın Buduq kəndində uzun illər ərzində insanlar tərəfindən daşların atılaraq toplanıldığı bir məkan var. Bu haqda ShimalNews 24 noyabr tarixində məlumat verir.

Bu yer “Daşqalaq” kimi tanınır, lakin hansı dönəmə aid olduğu dəqiq bilinmir. Yerli əhali burada naməlun şəxsin qəbri olduğunu deyir. O, pis əməlinə görə öldürülüb basdırıldıqdan sonra qəbirə yoldan keçən hər kəs daş atıb.

Məzar lənətlənmiş hesab olunur, onun üzərindən daş götürməyə icazə verilmir ki, bunu edən insanın başına pis hadisə gələ bilər.