Quba rayon icra başçısı Ziyəddin Əliyev vətəndaşların səyyar qəbulunu keçirib. Bu haqda ShimalNews 24 noyabr tarixində RİH-yə istinadən məlumat verir.

Görüş Alekseyevka kənd inzibati ərazi dairəsinin Zizik kəndində baş tutub. Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilib.

Tədbirdə DTX-nin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.