Quba Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı Vətən müharibəsi və Aprel döyuşlərinin iştirakçısı olub. Bu haqda ShimalNews 24 noyabr tarixində adıçəkilən tibb müəssisəsinə istinadən məlumat verir.

Habil Məhərrəmov Dəstək xidmətləri şöbəsinin mühafizə bölməsində çalışır. O, 29 sentyabr 2020-ci ildə hərbi təlimlərə çağırılıb. Daha sonra Rabitə manqa komandiri vəzifəsində ön cəbhədə Füzuli, Cəbrayıl, Qubadlı və Laçının azad olunması uğrunda şücaət göstərən igidlərimizdən biri olub.

Prezident İlham Əliyevin Sərəncamı və Nazirlər Kabinetinin qərarı ilə Habil Məhərrəmov “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarla təltif olmuşdur.

Bundan öncə isə Məhərrəmov Aprel döyuşlərində iştirak etmişdi.