Qubada itkin düşən yaşlı kişinin meyiti aşkar edilib. Bu haqda ShimalNews 24 noyabr tarixində Baş Prokurorluğa istinadən məlumat verir.

Xaltan kənd sakini Ağaxan İskəndərov oktyabrın 15-i evdən çıxıb. Bir aydan çox vaxtdır evə qayıtmayan 69 yaşlı kişinin cəsədi kənddən bir neçə km aralıda, dağlıq ərazidə tapılıb.

Faktı ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı bədəni üzərində zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.