Qubada “CV center” layihəsinin sonuncu mərhələsi keçirilib. Bu barədə ShimalNews 24 noyabr tarixində Quba GİKM-ə istinadən məlumat verir.

Bu görüşdə iş axtarışı, iş axtararkən nələrə diqqət etməliyik, işçinin bazar dəyəri, özünü tanıma və s. haqqında gənclərə ətraflı məlumat verilib.

Görüş zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb.

“CV center” layihəsi 3 mərhələdən ibarətdir. Tədbir GİKM-in Quba nümayəndəliyinin əməkdaşı, karyera məsləhətçisi Eyvaz Xeyrullayevin təqdimatında baş tutub.