İsmayılıda Vətən müharibəsi şəhidinin xatirəsinə sənədli film təqdim olunacaq. Bu haqda ShimalNews 24 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

“Elə bir ömür yaşayacam ki…” adlı sənədli film şəhid Cəmil Məmmədliyə həsr edilib. Tədbir 28 noyabr saat 12:00-da İsmayıllı rayon Mədəniyyət mərkəzində baş tutacaq.

Şəhid Cəmil Məmmədli 1999-cu il iyulun 28-də İsmayıllı rayonunda anadan olub. Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 14-dən 15-nə keçən gecə Hadrut döyüşü (Füzuli rayonu) zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.

Cəmil ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.