İsmayıllıda “Erkən nikah və məişət zorakılığı – insan hüquqlarının pozulmasıdır” adlı maarifləndirici tədbir keçirilib. Bu barədə ShimalNews 24 noyabr tarixində İsmayıllı Rayon Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

Tədbir Basqal qəsəbəsindəki tam orta məktəbdə təşkil edilib. Mərasimdə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi, İsmayıllı RİH, İsmayıllı RPŞ, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və Basqal qəsəbəsinin tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Qonaqlar İnsan hüquqlarının pozulması halları, erkən nikah və məişət zorakılığının insanlara, onların hüquq və azadlıqlarına vurduqları ziyandan danışıblar. Komitənin məişət zorakılığı ilə bağlı hazırladığı qısametrajlı film iştirakçılara nümayiş olunub.

Tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.