İsmayıllının icra başçısı sakinləri qəbul edib. Bu haqda ShimalNews 24 noyabr tarixində İcra Hakimiyyətinə istinadən məlumat verir.

RİH-də baş tutan görüşdə şəhid ailələri, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib. Qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir hissəsi yerində həll olunub, bəzilərinin həlli üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.