Xaçmazda “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib. Bu barədə ShimalNews 23 noyabr tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) istinadən məlumat verir.

Seminar DQİDK və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Burada fəal qadınlar, təhsil işçiləri, psixoloqlar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi dini maarifçilik işinin həyata keçirilməsində dini radikalizm və xurafatla mübarizə, o cümlədən milli-mənəvi və tolerant dəyərlərin təbliğində qadınların fəal iştirakına dəstək vermək, bu sahədə onları istiqamətləndirməkdir.

Qaldırılan məsələlər arasında qadınların cəmiyyətin inkişaf prosesində tam iştirak etməsi üçün təhsilli və savadlı olmasının zəruriliyi, dini radikalizm, erkən nikah və digər mövzular da olub.

Sonda “Ailə dəyərləri” sənədli filminin, eləcə də “Dövlət və din” videoçarxının nümayişi baş tutub.