Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində Rusiya Federasiyası istiqamətində qanunsuz keçmək istəyən 9 əcnəbi vətəndaş saxlanılıb. Bu haqda ShimalNews 23 noyabr tarixində məlumat verir.

Noyabr ayının 21-də saat 05:50-də Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında Pakistan İslam Respublikasının vətəndaşları sərhədi pozmaq istəyərkən saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər ölkəmizə rəsmi qaydada gəliblər. Daha sonra onların dövlət sərhədini pozaraq Rusiyaya, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.