Xaçmazda müəllimin təşəbbüsü ilə ekoloji savadlılığın artırılması layihəsi həyata keçirilib. Bu barədə ShimalNews 23 noyabr tarixində məlumat verir.
Ç.Abdullayev adına 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Quliyeva Sevinc şagirdlər üçün maarifləndirici tədbir keçirib. Onlar ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi, müvafiq qlobal problemlərin həllinə dəstək verilməsi ilə yaxından tanış olublar.
Eləcə də iməcilik işləri təşkil olunub. Bu zaman bərk və plastik məişət tullantılarının ekologiya üçün yaratdığı fəsadlardan və mühitin qorunmasının rolundan danışılıb.