Qusarda “Erkən nikaha yox deyək” mövzusunda tədbir keçirilib. Bu barədə ShimalNews 23 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir Aşağı Ləyər kənd tam orta məktəbində Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən təşkil edilib. Çıxış edən məktəb direktorunun təlim-tədris işləri üzrə əvəzləyicisi Təranə Ömərova, psixoloqu Elmira Novruzova, Uşaq Birliyi Təşkilatının Rəhbəri Samirə Qadaşova, gənc müəllimi Aytən Dövlətova erkən nikahın fəsadları haqqında şagirdlərə məlumat veriblər.

Sual-cavab formasında keçən tədbir uşaqların böyük marağına səbəb olub.