Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Vətən müharibəsində iştirak edib. O, döyüş bölgəsində yaralı əsgərlərimizə tibbi xidmət göstərib. Bu barədə ShimalNews 23 noyabr tarixində Aztibb.az-a istinadən məlumat verir.
Yüzlərlə yaralı əsgərimizi həyata qaytaran həkimlər sırasında Əliyar Sərvərov da yer alıb. O, TƏBİB rəhbərliyinin göstərişi ilə Bərdə hospitalına, 28 sentyabr 2020-ci ildə Gəncə və Tovuz rayonlarına ezam olunub. Müharibə bitənə kimi yaralı əsgərlərimizə tibbi xidmət göstərib. Eləcə də yaralıların döyüş bölgələrindən təxliyələrində yaxından iştirak edib.
1996-cı ildə Əliyar Sərvərov Qarabağda ön cəbhənin Tibb məntəqəsi həkimi, Tibb məntəqəsi müdiri, tibb xidmətinin rəisi vəzifələrində çalışıb. 2012-ci ildə isə mayor rütbəsində ordu sıralarından təxris edilib.