Qubada “Erkən nikah və onun fəsadları” adlı tədbir keçirilib. Bu haqda ShimalNews 23 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Tədbir 2-ci Nügədi kənd 3 nöməli tam orta məktəbində təşkil edilib. Maarifləndirici görüşdə 7-11-ci siniflərin şagird qızları iştirak ediblər. Tədbirdə çıxış edənlər problemə bioloji aspektdən yanaşaraq onun insan orqanizmində yarada biləcəyi həm fiziki, həm də psixoloji fəsadlardan danışıblar.

Qeyd olunub ki, son illərdə boşananların çox hissəsinin məhz erkən qurulan ailələrin təşkil etdiyi vurğulanıb.