“Aqrar Sığorta Fondu”nun Qubada fəaliyyətə başlayacaq filialına mütəxəssis axtarılır. Bu barədə ShimalNews 23 noyabr tarixində GİKM-in Quba nümayəndəliyinə istinadən məlumat verir.

Namizədlərə dair tələblər:

  • Yaş həddi: 25-35 arası;
  • Sığorta sahəsi, müştəri xidmətləri sahəsində təcrübə arzuolunandır;
  • Aqrar sahədə təhsilin olmasına üstünlük verilir;
  • Ofis proqramları biliklərinin olması üstünlükdür.

İş haqqında:

  • İşə başladıqda rəsmi əmək müqaviləsi bağlanılır;
  • Əməkhaqqı 400 manat təşkil edir;
  • İş rejimi – həftədə 5 gün olmaqla saat 09:00-dan 18:00-dək.

Vakansiya ilə maraqlanan şəxslər CV-ni [email protected] ünvanına göndərə bilərlər.

Müsahibədən uğurla keçən namizədlərə işə başlamazdan öncə “Aqrar Sığorta Fondu”nda təlim keçiriləcək, daha sonra isə onlar imtahana dəvət olunacaqlar.