Qubada Vətən müharibəsi şəhidi Mehdi Murtuzovun 2-ci ildönümü mərasimi keçiriləcək. Bu haqda ShimalNews 23 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Mərasim sabah saat 12:00-da Alpan kənd qəbiristanlığında şəhidin məzarının ziyarəti ilə başlayacaq. Daha sonra şəhidin yaşadığı evdə ehsan süfrəsi veriləcək. Anım mərasimində iştirak etmək istəyən hər kəs dəvətlidir.

Mehdi Murtuzov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olununub.