Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib. Bu haqda ShimalNews 23 noyabr tarixində məlumat verir.

Hadisə noyabrın 22-si saat 18:00 radələrində qeydə alınıb. “Ford Transit” markalı avtomobil yolun kənarında park edilən “Hyundai Accent” markalı avtomobilə çarpılıb.

Əldə olunan məlumata görə, Qubadan Xaçmaza hərəkət edən “Ford”un qarşısına qəfil “VAZ-2106” markalı avtomobil çıxıb. “Ford”un sürücüsü qəzanın qarşısını almaq üçün manevr edib, idarəetməni itirib və qəza baş verib. “06”-nın sürücüsü hadisə yerindən uzaqlaşıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Araşdırma aparılır.