Qubadan olan gənc qadınlar peşəkar təlimlərə cəlb olunacaqlar. Bu barədə ShimalNews 23 noyabr tarixində Report-a istinadən məlumat verir.

“Technest” Təqaüd Proqramı çərçivəsində Quba şəhərindən 18-35 yaşlı qadınlar “Full Stack” proqramlaşdırma üzrə təlimlərdə iştirak edəcəklər. Təlimlərdə, həmçinin Lənkəran şəhərindən də gənclər qatılacaqlar. Belə ki, ümumilikdə 20 nəfərin iştirakı gözlənilir.

2 təlimçi və 4 mentorun köməyi ilə 7 ay müddətində iştirakçılar real layihələr üzərində çalışıb təcrübə qazanacaqlar. Tədrisin sonunda tələbələr fərdi layihə işlərini təqdim edərək sertifikatlar əldə edəcəklər.

Proqram İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilir. Təlimlər ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Qara Dəniz Əməkdaşlıq Fondunun (BST) birgə “Coders Caravan” layihəsi üzrə keçiriləcək.