İsmayıllıda “CV Center” layihəsi çərçivəsində növbəti təlim baş tutub. Bu barədə ShimalNews 23 noyabr tarixində İsmayıllı GİKM-ə istinadən məlumat verir.

Təlim zamanı “CV-nin hazırlanması”, “CV yazarkən nələrə diqqət olunmalıdır?”, “CV-yə uyğun fotonun yerləşdirilməsi”, “CV-də edilən səhvlər” və digər mövzular haqqında geniş məlumat verilib. Təlimçi qismində Günel Alızadə çıxış edib.

Sonda gənclərin sualları cavablandırılıb və növbəti görüş üçün hər gəncə öz CV-sini hazırlamaq tapşırığı verilib.