Bu gün Vətən müharibəsi şəhidi baş gizir Çoban Nurmətovun mövlud günüdür.

Çoban Nurmətov 23 noyabr 1984-cü ildə Qusar rayonunun Cibir kəndində anadan olub. Xüsusi təyinatlı qüvvələrin baş giziri olan Çoban Nurmətov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 23-də Xocavənddə şəhid olub.

Nurmətov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Çoban Nurmətov ailəli idi, 3 övladı Vətənə əmanət qalıb.