AQTA Xaçmaz rayonunda ət satışı və heyvan kəsimi məntəqələrində yoxlamalar keçirib. Bu haqda ShimalNews 23 noyabr tarixində agentliyə istinadən məlumat verir.

Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər çərçivəsində Qımıl kəndi ərazisində yerləşən Nizami Ağayevə məxsus və Hacıəlibəyli kəndi ərazisində Mehdi İsmayılova məxsus müəssisələrdə bir sıra uyğunsuzluqlar aşkar edilib.

Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.