AQTA İsmayıllı rayonunda istehsal və ticarət obyektlərində yoxlamalar keçirib. Bu haqda ShimalNews 23 noyabr tarixində agentliyə istinadən məlumat verir.

Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər çərçivəsində Təzəkənd ərazisində “Mini” marketinin qanun pozuntusu aşkar edilib. Bununla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.