Şahdağ Milli Parkının ərazisinə Almaniyanın “Tierpark Berlin” zooloji parkından 10 yeni zubr gətirilib. Bu haqda ShimalNews 23 noyabr tarixində məlumat verir.

Yeni gətirilən zubrlar bir müddət adaptasiya dövrünü keçdikdən sonra parkın ərazisinə buraxılacaqlar. İsmayıllıda artıq iribuynuzluların sayı 41-ə bərabərdir. Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və heyvanların sayının 100 başa çatdırılması nəzərdə tutulub.

Bu proses IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilir.