İsmayıllı rayonunun Cülyan kəndində yanğın baş verib. Bu haqda ShimalNews 23 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Ümumi sahəsi 6 kv.m olan köməkçi tikili, onun yaxınlığında evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və dam örtüyü yanıb.

Əraziyə FHN-in bölmələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.