Xaçmaz şəhərində “Rabitəbank”ın filialı qarşısında oğurluq etmək istəyənlər tutulublar. Bu barədə ShimalNews 22 noyabr tarixində məlumat verir.

Hadisə gecə saatlarında baş verib. Bir qrup şəxs filial pilləkəninin tutqacaqlarını oğurlamaq istəyib. Hadisə yerinə gələn Mühafizə Polisinin əməkdaşları onları yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər.