Xaçmaz Xalq Teatrının üzvləri ilə görüş keçirilib. Bu barədə ShimalNews 22 noyabr tarixində Xaçmaz Regional Mədəniyyət İdarəsinə istinadən məlumat verir.

Xaçmaz Xalq Teatrının fəaliyyətindən danışan idarə rəisi Vüsal Hüseynov teatrın ərsəyə gətirdiyi “Şahidə çevirilən şəhid” tamaşasının ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini və bu istiqamətdə işlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı teatrının bədii rəhbəri İlham Tağıyev teatrın gələcək planlarından danışıb.