Xəzər dənizinin Xaçmaz rayon akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar. Bu barədə ShimalNews 22 noyabr tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.

Xidmətin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz rayon sakinləri Emirmət Vəlimətov və Ceyhun Səmədovun brakonyer olduqları müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri və sintetik tor götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib edilib.