Xaçmazda “Nə? Harada? Nə zaman?” formatında keçirilən bilik yarışının qalibləri təltif olunublar. Bu barədə ShimalNews 22 noyabr tarixində AZƏRTAC-a istinadən məlumat verir.

Vətən müharibəsinə həsr olunmuş intellektual yarışa Xaçmaz rayonunun müxtəlif ümumtəhsil məktəblərindən 6 komanda qatılıb. Qaliblər diplom, kubok və medallarla təltif ediliblər.

Tədbirdə iştirak edən hər bir şəxsə 185 nəfər Vətən müharibəsi şəhidi haqqında olan “Ölümü ilə ölümsüzləşənlər” adlı kitab hədiyyə edilib.

Növbəti tədbirlərin Quba rayonunda keçirilməsi nəzərdə tutulub.