Xaçmaz rayonunda ədliyyə işçilərinin peşə bayramı qeyd edilib. Bu barədə ShimalNews 22 noyabr tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. İcra başçısı Elnur Rzayev ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Daha sonra rayon məhkəməsinin sədri Xıdır Quliyev insan hüquqlarının etibarlı təminatı və ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Çıxış edən digər yerli hüquq-mühafizə orqanlarının rəhbərləri ədliyyə işçilərini təbrik edib, işlərində uğurlar arzulayıblar.

Sonda bir qrup ədliyyə işçisinə fəxri fərmanlar təqdim olunub.