Quba, Şabran və digər rayonlarda meşə fondunun ərazilərinə 29.000 ağac əkilib. Bu haqda ShimalNews 22 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat verir.

Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşları tərəfindən gün ərzində meşə fondu torpaqlarının açıq və seyrək sahələrində hər bölgənin iqlim şəraitinə uyğun ümumilikdə 29.000 ağac tingi əkilib, 3500 kiloqramdan artıq toxum səpilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, ağacəkmə işləri davam edəcək.