Qusardan olan məktəblinin ailəsi “Qonağımız müəllimdir’’ layihəsi çərçivəsində ziyarət olunub. Bu haqda ShimalNews 22 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

Balaqusar kənd tam orta məktəbinin 7-ci sinif şagirdi Əfqan Hacıyev ilə görüşə məktəbin psixoloqu Ələkbər Ələkbərli, sinif rəhbəri Bahar Hacıyeva, Uşaq Birliyi rəhbəri Xatirə Əsədullayeva, təşkilat işləri üzrə direktor müavini Qızana Ömərova gəliblər. Məktəblinin ailəsinin sosial-psixoloji vəziyyəti anket sorğusu əsasında öyrənilib. Qonaqlar şagirdin valideyni ilə təlim-tərbiyəsi haqqında müzakirələr aparılıb.

Layihənin əsas məqsədi məktəb-icma münasibətlərini tənzimləmək və bu iki tərəf arasında sıx və faydalı münasibətlər yaratmaqdır.