Qubadan olan müəllim “Qonağımız müəllimdir’’ layihəsi çərçivəsində şagirdlərinə baş çəkib. Bu haqda ShimalNews 22 noyabr tarixində sosial şəbəkələrə istinadən məlumat verir.

1-ci Nügədi kənd 1 nömrəli tam orta məktəbin 4-cü sinif müəllimi İlhamə Xalinbəyova dərs dediyi şagirdlərə qonaq olub, onların dərsə hazırlıq şəraiti, asudə vaxtlarını necə keçirdikləri ilə tanış olub və öz tövsiyələrini verib.

“Qonağımız müəllimdir’’ layihəsinin əsas məqsədi məktəb-icma münasibətlərini tənzimləmək və bu iki tərəf arasında sıx və faydalı münasibətlər yaratmaqdır.